"Azərbaycanda yeni vahid rəqəmsal platformanın yaradılması planlaşdırılır".
News365.az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2025-ci ilin fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır
O bildirib ki, ölkədə istehsal olunan rəqabətqabiliyyətli məhsulların təşviqi və təqdimatı məqsədilə vahid rəqəmsal platformanın yaradılması vacibdir:
"Bu platformada rəqəmsal məhsullar, texnoloji həllər və alətlər bir məkanda toplanmalı, tərəfdaşlıq imkanları təqdim edilməli, istifadəçilər ehtiyac duyduqları rəqəmsal alətləri axtarıb tapmalı və tətbiq prosesinə keçid imkanları əldə etməlidirlər".