Suyun qiyməti artırılır- Buna ehtiyac varmı?

Suyun qiyməti artırılır- Buna ehtiyac varmı?
09:15

Xəbər verdiyimiz kimi ölkədə suyun qiymətinin artacağı gözlənilir. Bununla bağlı artıq dövlət qurumlarında müzakirələr başlayıb.

Bəs, suyun qalxmasına zərurət varmı?

Sualı News365.az üçün cavablandıran REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, suyun qiymətini həm əhali, həm də kommersiya qurumları üçün artırılması müzakirə edilir:

“Özü də diferensiallaşdırılma adı ilə bu addımı atmaq istəyirlər. İlin əvvəlində dizel 10% qaldırdılar, indi suyun, sonra işıq və qazın qiymətini artırılması gündəmə gəlir, sonra da hökumət üzvləri, bəzi deputatlar ciddi sifət alıb, “ölkədə süni qiymət artımı var”, deyirlər.

Ölkədə qiymətləri artıran hökumətdir, aparılan yanlış iqtisadi, sosial, tarif, vergi, gömrük siyasətidir. Dövlətin su, elektrik, qaz paylanması ilə məşğul olan şirkətləri ziyanla işləyirsə, niyə ilk xərcləri azaltmırlar?! Nədən maya dəyərinin şişirdilməsinin qarşısını almırlar?! Nə səbəbə satınalmalar şəffaf deyil?! Necə ola bilər ki, Dövlət şirkəti ziyanla işləsin, amma, hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin, gözəl villalarda, mənzillərdə yaşasınlar, bər-bəzəkli həyat yaşasınlar?! Bunun bir izahı varmı, olacaqmı?! Olmaz belə, vallah olmaz...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada