Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bahalaşma OLACAQ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bahalaşma OLACAQ
13:59

"6 ildən köhnə nəqliyyat vasitələrinin Gürcüstana girişinin qadağan olunması Azərbaycanda qiymət sektoruna təsir edəcək. Lakin bu qərar avtomobil bazarına müəyyən təsir etsə də, tranzit üçün ciddi problem yaratmayacaq".

News365.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Milli.Az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillər əslində həmin ölkədə istehsal olunmur və yalnız tranzit xətti ilə gətirilir:

"Gürcüstanın özündə avtomobil istehsal edən zavod və ya fabrik yoxdur. Bu nəqliyyat vasitələri ölkəmizə tranzit marşrutu ilə daxil olur. Tranzitlərə isə belə qadağaların tətbiqi mümkün deyil. Tranzitin öz qaydaları, məsafəsi və buna uyğun ödəniş mexanizmi var".

Onun sözlərinə görə, mövcud mexanizm tranzit keçidlərin məhdudlaşdırılmasını nəzərdə tutmur və bu baxımdan prosesin dayanması gözlənilmir:

"Bu qərar daha çox Gürcüstanda fəaliyyət göstərən soydaşlarımızın avtomobil biznesinə və gəlirliliyinə müəyyən təsir göstərə bilər. Lakin ümumi tranzit rejimi baxımından hər hansı qadağadan söhbət getmir. Bu, məsələnin real tərəfidir".

Qeyd edək ki, Gürcüstanda avtomobillərin sayı son illərdə sürətlə artıb. Hökumət artımın tıxacların çoxalmasına və ekoloji vəziyyətin pisləşməsinə səbəb olduğunu bildirib. Bu səbəbdən 6 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada