Xəbər
verdiyimiz kimi xaricdə yaşayan bir neçə azərbaycanlı ünsür aqressiv və təhrikedici
formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.
Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına
uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil
olmağa cəhd göstəriblər.
Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə
birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər
və təxribat cəhdinin qarşısını alıblar.
Sosial şəbəkələrdə
yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr
işlətdiyi eşidilir.
Göründüyü
kimi bu etiraz aksiyası deyil, bir təxripat planıdır. Çünki etirazın sivil
formaları var. Və bu ünsürlərin də hədəfi nəyəsə etiraz etmək idisə, o zaman
meqafonla öz etirazlarını sərbəst şəkildə ifadə edər, daha sonra çıxıb gedərdilər.
Amma bu
destruktiv qüvvələr hər vəchlə Prezidentin qaldığı otelə soxulmaq istəyiblər. Və
hətta bu məqsədlə mühafizə xidmətinin əməkdaşları ilə əlbəyaxa olmaqdan belə çəkinmədilər.
Bu azmış
kimi təxribatçı ünsürlər küçə söyüşlərindən istifadədən belə çəkinməyiblər.
Bu isə siyasi
aksiya yox, başqa bir şeydir. Daha dəqiq desək, bu anti-milli qüvvələrlə ermənipərəst
qüvvələrin birgə hərəkət planı idi. Heç kimə sirr deyil ki, bu ünsürlər anti-Azərbaycan
qüvvələrinin əlində alətə çevriliblər. Maddi və yaxud sosial vədlərin
müqabilində alətə çevrilən bu ünsürlər çox təəssüf ki, Azərbaycanın imicinə zərər
vermək üçün ermənipərəst qüvvələrlə eyni mövqedən çıxış edirlər.Çox təəssüf ki,
milli ünsürlərimizin seçdiyi “mübarizə metodu”-söyüş ritorikası milli və ailə dəyərlərimizə
çox böyük zərbə vurur.
Azərbaycan
Prezidenti dövlətin və xalqın ali təmsilçisidir, atributudur. Ona həm ölkə
daxilində, həm də xarici dövlətlərə hörmət qoyulması hər kəsin mənəvi borcudur.
Bu mənada Vaşinqtonda- Prezidentin qaldığı hotelə soxulmaq istəyən adamların hərəkətini
təxribat və milli maraqlara ağır zərbə kimi dəyərləndirilməlidir. Etirazın da
sivil yolları var. Nə zamandan söyüş söymək siyasi mübarizə metodu olub?! Bu
cür hərəkətlər Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdən başqa
bir şey deyil.Bunun başqa adı yoxdur. Ona görə də bu cür təxribatları qəti şəkildə
pislənilməli və cinayətkarlar ən ağır şəkildə cəzalandırılmalıdır.
News365.az