Bu deputatlara yeni vəzifə VERİLDİ

Bu deputatlara yeni vəzifə VERİLDİ
16:07

Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fevralın 19-da keçirilən iclasında müzakirə olunan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərarı layihəsində öz əksini tapıb.

Qərar layihəsinə əsasən, iş qruplarının sədrləri aşağıdakı deputatlar olacaq:

Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Namazov Ramid Zakir oğlu;
Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Allahverənov Azər Kərim oğlu;

Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə Qafarov Vasif Vaqif oğlu olacaq.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hüseynli Əli Məhəmməd oğludur./Trend.Az


Sizin reklam burada
Sizin reklam burada