Lajes Hərbi Hava Bazasında ABŞ təyyarələrinin rekord sayı qeydə alınıb.
News365.az xəbər verir ki, Portuqaliyanın Azor adalarında yerləşən Lajes Hərbi Hava Bazasında fevralın 18–19-da ABŞ təyyarələrinin ən böyük say artımı müşahidə olunub.
Məlumata görə, bazadan ən azı 11 KC-46 yanacaq tanker təyyarəsi, 12 F-16 döyüş təyyarəsi və 1 C-17 yük təyyarəsi keçib. Həmçinin təxminən 400 ABŞ hərbçisi bazadan istifadə edib.
Bildirək ki, bu addım həm NATO əməliyyatlarının gücləndirilməsi, həm də ABŞ-ın Avropadakı hərbi mövqeyinin möhkəmləndirilməsi məqsədini daşıyır.