Qəbiristanlıqda 17 ədəd ağacı kim və niyə kəsib?- FOTO

Qəbiristanlıqda 17 ədəd ağacı kim və niyə kəsib?- FOTO
17:17

“Dünən anamın vəfatının ildönümü ilə bağlı Suraxanı rayonu ərazisindəki "Dədə Qorqud" qəbiristanlığına, anamın qəbrini ziyarət etməyə getmişdim. Qəbrin ətrafında 2009-cu ildə əkdiyimiz, 17 illik 3 ağac kəsilmişdi. Bu video, bu da sübutlar. Ağacların diametri heç də az deyildi. 28, 24, 24 sm diametrli ağacları məhv etmişdilər”.

News365.az xəbər veri ki, bunu sosial şəbəkə hesabında jurnalist Nərmin Nurəddinqızı yazıb. O baş verənləri  təəccüblə bildirib:

“Bu qədər canilik necə ola bilər? Ərazidəki fəhlədən ağacların kim tərəfindən kəsildiyini soruşduq. Bildirdi ki, qəbiristanlığın mühafizəçisi Uğur adlı şəxsdən göstəriş alıb və kəsib. Uğur adlı şəxsin nömrəsini tapıb zəng etdik. Bunu hansı əsasla etdiyini soruşduq. Dedi “yaxşı eləmişəm, kimə şikayət edirsiz, edin”. Şikayətimə əsasən hazırda Ekologiya Nazirliyi tərəfindən araşdırma aparılır. Müraciət etdiyim gün də qurumdan nümayəndələr əraziyə gəldilər, araşdırma apardılar. Ancaq buradan müraciət edirəm ki, Suraxanı rayonu ərazisində "Dədə Qorqud" qəbiristanlığında anamın qəbri ətrafında 17 illik ağacların kəsilməsində əli olan hər kəs cəzalansın”. 





News365.az


Sizin reklam burada
Sizin reklam burada