Rusiyanın Baykal gölündə FACİƏ: Yeddi nəfərin cəsədi tapıldı

Rusiyanın Baykal gölündə FACİƏ: Yeddi nəfərin cəsədi tapıldı
16:36

Rusiyada qəza nəticəsində içərisində olduqları UAZ-la birgə Baykal gölünün buz qatının altına düşən yeddi nəfərin cəsədi tapılıb.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.

"Olxon rayonunda, Xoboy burnu yaxınlığında insanları aparan avtomobilin gölə düşdüyü yer aşkar edilib. Hadisə yerindəki dərinlik 18 metr təşkil edir. Xilasedicilər sualtı kamera vasitəsilə araşdırma aparıblar. Yeddi nəfərin cəsədi tapılıb", - deyə məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada