Merz: “ABŞ dostumuzdur, amma…

Merz: “ABŞ dostumuzdur, amma…
20:40

Almaniya Kansleri Friedrich Merz Stuttgartda keçirilən CDU Federal Partiya Konqresində transatlantik münasibətlər haqqında çıxış edib və ciddi xəbərdarlıq edib.


News365.az xəbər verir ki, Merz ABŞ hələ də Almaniyanın dostu olaraq qaldığını qeyd edib. 

O, bildirib ki, lakin beynəlxalq nizamın qoruyucusu və zəmanətçisi kimi rolu artıq əvvəlki qədər güclü deyil.

Kanslerin sözlərinə görə, bu dəyişiklik Avropanın öz müdafiəsini və beynəlxalq siyasətdəki rolunu daha müstəqil şəkildə qiymətləndirməsini tələb edir.


O həmçinin Avropa və Almaniyanın gələcəkdə strateji müstəqilliyini artırmaq üçün addımlar atmalı olduğunu vurğulayıb və transatlantik əməkdaşlığın yenidən şərtlərə uyğun formalaşdırılmasının vacib olduğunu qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada