İstanbuldakı hadisə ilə bağlı 11 nəfər saxlanıldı

İstanbuldakı hadisə ilə bağlı 11 nəfər saxlanıldı
15:29

İstanbulda İsrail konsulluğuna hücumla bağlı hazırda 11 nəfər şübhəli şəxs qismində saxlanılıb. 

News365.az NTV telekanalına istinadən xəbər verir ki, şübhəli şəxslər İstanbul, Kocaeli və Konya vilayətlərində bir neçə ünvanda aparılan reydlər nəticəsində ələ keçiriliblər. 

Belə ki, ötən gün hadisənin isti izləri ilə üç şübhəlini saxlamaq mümkün olub. Daha sonra hücumla əlaqəsi ola biləcək daha altı şəxs müəyyən edilib. 

Saxlanılanlar arasında atışma zamanı yaralanan iki terrorçu da var. Müalicələri başa çatdıqdan sonra onlar polisə təhvil veriləcək.

Bundan başqa, prokurorluq hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videoçarxda polisin ünvanına təhqiredici və istehzalı ifadələr işlətməkdə təqsirləndirilən şübhəli şəxslər barəsində istintaq başladıb. Bildirilir ki, bu cür materialların yayılması polisi nüfuzdan salmaq cəhdidir.

Xatırladaq ki, ötən gün İstanbulda İsrail konsulluğunun da yerləşdiyi binanın qarşısında atışma baş verib. 


Sizin reklam burada
Sizin reklam burada