Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının ARB telekanalında yayımlanan “Səni axtarıram” verilişinin fəaliyyəti dayandırılandan sonra o, axtarışları öz sosial şəbəkə hesablarında davam etdirir.
News365.az xəbər verir ki, jurnalist şəxsi "Facebook" hesabında itkin düşən qızın axtarıldığı ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Allahverdiyeva Tamara Allahverdi qızı axtarılır. Həmçinin doğru məlumat verən şəxs mükafatlandırılacaq.
Axtarılan qızın fotosunu təqdim edirik:
