ABŞ-la İran
arasında atəşkəsin elan olunması neftin qiyətinə böyük ölçüdə təsir edib. Belə
ki, bir neçə saat ərzində neft 14%-ə yaxın ucuzlaşdı. Və 94 dollara qədər eniş
etdi. Yəqin ki, yaxın günlərdə tərəflər arasında istənilən bir sənəd imzalansa,
70-80 dollar koridoruna yerləşəcək.
Mövzu ilə bağlı
fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli yazır ki, yetim Tramp İranı
vurmaq istəyir – deyirsiz dəlidir, başını-ağlını itirib, vurmur – deyirsiz,
qorxaqdı, geri çəkildi:
“Bəs nə
etsin? Son 40 gündə 4 dəfə demişdik ki, müharibə bitən kimi hamı özünü qalib
elan edəcək, neft düşəcək, müəyyən sabitlik yaranacaq. Amma, bu 40 günlük
müharibənin fəsadları, nəticəsi, hardasa, yaxın 2-3 ayda bilinəcək, İran
daxilində proseslər daha da sürətlənəcək.
Tramp isə
bildiyimiz şoumendir, bir 40 gün sonra da Kubanı həll edib, İranı unutduracaq,
necə ki, İranla başlayıb Venesuellanı unutdurdu.
Əsas odur
ki, fəlakət ssenariləri olmasın, neft-qazın qiyməti bir az düşsün, alan da,
satan da razı qalsın”.
News365.az