Çaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaq

Çaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaq
08 Apr 2026 16:12

Göygöl rayonunda Çaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaq.

News365.az-ın məlumatına görə, bunun üçün layihə-smeta sənədlərinin hazırlanması prosesinə start verilib.

Belə ki, layihə-smeta sənədlərinin hazırlanmasına 543 min 700 manat xərclənəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, zavod ötən ilin sentyabrında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzinə verilib./Oxu.Az


Sizin reklam burada
Sizin reklam burada