Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi
08 Apr 2026 15:55

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

News365.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Sizin reklam burada
Sizin reklam burada