Aprelin 7-də
ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan
yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər
Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.
Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən
açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara
hazırlaşırlar.
Bəs bu
qarşıdurmada kim qalib gəldi?
Sual ətrafında
danışan politoloq Elşad Mirbəşir deyib ki, ABŞ-ın düzgün hesablanmamış
hərbi və geosiyasi addımları Fars körfəzi və ümumiyyətlə, Yaxın Şərq regionunda
qüvvələr balansının və təhlükəsizlik arxitekturasının dəyişməsini şərtləndirəcək
yeni geosiyasi konfiqurasiya yaratmaqdadır:
“Regionda
onun mövqelərinin əvvəlki kimi olmayacağı şübhəsizdir. Hesab etmək olar ki,
Fars körfəzi ölkələri də ABŞ- la münasibətlərinə yenidən baxa bilərlər. Bundan
sonra İranın zərbələri nəticəsində dağılmış infrastrukturu bərpa etmək üçün tələb
olunacaq nəhəng vəsaitlər və uzun zaman onların bu istəyini daha da gücləndirəcək.
Trampın İrana hücum qərarı və bəyan etdiyi hədəflərə çata bilməməsi qarşıdakı
seçkilərdə demokratların qələbəsini təmin edəcəyini indidən söyləmək olar”.
News365.az