Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib.
News365.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb.
Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Ü.İlyasovaya cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sonradan Ali Məhkəmə hökmü ləğv edərək yenidən araşdırmaya göndərib. O, bu gün ilk iclasda həbs edilib.