Abşeron–Xızı Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə bağlı 26 milyonluq yeyinti iddiası

Abşeron–Xızı Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə bağlı 26 milyonluq yeyinti iddiası
15:12

6 milyonluq yeyinti edən Abşeron–Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə bağlı şok iddialar yayılıb.

“Müşahidələr göstərir ki, qadın məmurlar etimadı doğrulda bilmirlər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 26 milyonluq yeyinti edib.

Bu barədə Maliyyə və Elm və Təhsil Nazirliyi birgə məlumat yayıb. Bu yeyinti tabeliyində olan 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.

Hələ bir zamanlar mən “reportyor.info”-da İlhamə Abdullayevanın övladına dəbdəbəli toy etməsini yazmışdım. Həmin zaman toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutmuşdu.

Hələ, idarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı da məlumatlar sırasında idi.

Bundan başqa, mənim yaşadığım Xırdalan şəhəri “Kristal-1” yaşayış kompleksində İlhamə Abdullayevanın şəxsi gözəllik salonu fəaliyyət göstərir. Özünü bir neçə dəfə ora xidməti avtomobili ilə gələndə görmüşəm.”


Sizin reklam burada
Sizin reklam burada