İstanbulda mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb

İstanbulda mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb
09:00

Türkiyənin İstanbul şəhərində mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

Məlumata görə, İstanbul Hava Limanı istiqamətində hərəkət edən xidməti mikroavtobus qar yağışının sürüşkənləşdirdiyi yolda idarəetmədən çıxıb. Əvvəlcə bordürə çırpılan mikroavtobus daha sonra aşıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası, polis əməkdaşı və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanalara çatdırılıb. Onların vəziyyətləri barədə məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada