İstanbul Cumhuriyyət Prokurorluğu polis əvəzinə jandarma vasitəsilə sensasion bir əməliyyat həyata keçirib. Səhər tezdən 19 məşhur şəxsin evindən jandarma tərəfindən götürüldüyü bildirilib.
News365.az xəbər verir ki, axşam saatlarında hamısı azad edilsə də, əməliyyatla bağlı suallar qalmaqdadır. Xüsusilə sənətçilərin fotoşəkillərinin dərhal çəkilməsi və adlarının açıqlanması diqqət çəkib.
Əməliyyat narkotik və ya stimullaşdırıcı maddə istifadəsi ilə bağlı aparılıb. Evdən götürülən məşhurlar Adli Tibb Kurumu və xəstəxanada qan, sidik və saç nümunəsi veriblər. Nəticələr hələ açıqlanmayıb, lakin əməliyyat sonrası AKP-yə yaxın trolların sosial mediada paylaşım aktivliyi diqqət çəkib.
CHP sədri Özgür Özel əməliyyatı sərt tənqid edib. O bildirib ki, əməliyyat “ailə həyatına, şəxsi həyata və ev təminatına hücum” və “itibar sui-qəsdi”dir. Özel, saxlanılan şəxslərin bir qisminin muhalif kimliyə sahib sənətçilər olduğunu vurğulayıb və əməliyyatın hüquqi əsasının olmadığını qeyd edib.
Deputat əlavə edib ki, 19 nəfərdən yalnız birinə belə haqsızlıq tətbiq olunması dövlətin cavabdehlik məsələsini gündəmə gətirir. Sənətçi Meriç Aral da öz təcrübəsini paylaşaraq bildirib ki, 32 gündür uşağını əmizdirən bir şəxsi jandarma ilə aparmaq, onu itibarsızlaşdırmağa cəhd etmək utancvericidir.
Özgür Özel və Meriç Aral həmçinin AKP-yə və prezidentə çağırış edərək məsuliyyət daşıyırlarsa, sənətçilərdən və xalqdan üzr istəməli olduqlarını bildiriblər. Özel, əməliyyatın narkotik üzərindən aparılmasının isə əsas səbəbin muhalif kimliyə sahib şəxsləri hədəf almaq olduğunu vurğulayıb.
News365.az