İstanbul millət vəkili Doğan Demir Gələcək Partiyasından istefa etdi

İstanbul millət vəkili Doğan Demir Gələcək Partiyasından istefa etdi
14:22

Son Dəqiqə Xəbəri... İstanbul millət vəkili Doğan Demir Gələcək Partiyasından istefa edib. Beləliklə, parlamentə 10 millət vəkili ilə daxil olan Gələcək Partiyasının say tərkibi 4 nəfərə düşüb.

News365.az xəbər verir ki, CHP siyahılarından parlamentə daxil olan daha bir Gələcək Partiyası millət vəkili partiyadan ayrılıb.

İstanbul millət vəkili Doğan Demir sosial media hesabında paylaşdığı açıqlama ilə istefasını elan edib və bunları bildirib:

"DAVAMLI SİYASİ ZƏMİN QALMADIĞINA GÖRƏ..."
“19 dekabr 2019-cu ildə qurucularından biri olduğum Gələcək Partiyasından ayrıldığımı ictimaiyyətə bildirirəm.

Təxminən altı illik bu müddətdə Türkiyəni il-il, ilçə-ilçə gəzərək partiyamın uğurlu olması; daha da önəmlisi, xalqımızı düşdüyü siyasi çıxılmaz vəziyyətdən çıxarmaq üçün bir alternativ təqdim etmək məqsədilə hər təbəqədən insanla görüşdüm. Demokratiya mədəniyyətimizi gücləndirmək, hüququn aliliyini, bərabər və ədalətli bir həyatı təmin etmək üçün çox uzun yollar keçdik.”


Sizin reklam burada
Sizin reklam burada