Dünyada elə bir sevgi var ki, onun bənzəri yoxdur. Sevginin ən yüksək, ən müqəddəs mərtəbəsi - ana sevgisidir.
Ana sevgisi, həyatın ən saf, ən
müqəddəs və dəyişməz hissidir. Bəşər övladının həyat yolundakı ən böyük dayağı
və istiqamətverəni anadır. Ana -
övlad üçün yalnız ailə üzvü deyil; həm də həyatın bütün çətinliklərinə qarşı
duran görünməz bir qaladır. Onun sevgisi təmənnasızdır, səbrində sərhəd yoxdur,
fədakarlığı isə insan iradəsinin ən saf təcəssümüdür.
Övladın
ilk addımı, ilk sözü, ilk gülüşü -
hamısının arxasında bir qadının sonsuz zəhməti, gecələrin oyaqlığı, gündüzlərin
yorğunluğu dayanır. Ana özünü deyil, övladını düşünür. Öz arzularından keçib
övladının arzularına yol açır. Bu, insan həyatında başqa heç bir münasibətdə
görünməyən nadir və müqəddəs bir haldır.
Səbr
isə ananın ən güclü silahıdır. Çətinliklər qarşısında sınmayan, yükü ağır olsa
da yorulmayan varlıq -
anadır. Onun səbrində övlad üçün həm güc, həm ümid, həm də gələcək var.
Hər
bir insan şəxsiyyətində, düşüncəsində və seçimlərində anasının izini daşıyır.
Övladın davranışları, insanlara münasibəti, həyata baxışı - hamısı ananın təlqin etdiyi dəyərlərin
nəticəsidir. Deməli, ana yalnız övlad böyütmür; o, cəmiyyətin gələcəyini
formalaşdırır.
Bəzən
insan elə bir məqamda olur ki, bütün dünya ona qarşı çıxır. Dostlar uzaqlaşır,
cəmiyyət susur, hətta özün də gücünə şübhə edirsən. Amma bir nəfər var ki,
sənin içindəki işığı görməkdən heç vaxt vaz keçmir - o da anandır. Anan sənin bacaracaqlarına,
potensialına, hətta hələ özünün görmədiyin tərəflərinə inanır. Onun inamı, sənin
ayaqda qalma səbəbindir.Bütün qapılar üzünə bağlansa belə, bir qapı həmişə açıq
qalır - ana
qapısı. Anan səni anlamadan mühakimə etməz, sadəcə qucaqlayar. Ana sevgisi
fırtınalı günlərdə liman, qaranlıqda işıq, susqunluqda səsdir.
Həyatın
reallığıdır ki, fədakar analar ömrünü öz xəyallarına deyil, övladının
xoşbəxtliyinə həsr edir. Onun
həyatı - övladının
arzularıdır. O, öz gülüşünü belə övladının xoşbəxtliyindən alır. Bu,
bəşəriyyətin tanıdığı ən saf sevgi növüdür - müqəddəs, əbədi və şərtsiz sevgi.
Dünya
dəyişir, zaman keçir, amma fədakar anaların adı tarix boyu heç vaxt kölgədə
qalmır. Çünki insanlıq onların üzərində ucalır. Hər uğurlu insan öz
nailiyyətlərinə görə anasına təşəkkür etməlidir, çünki bu uğurlar anaların
fədakarlığı, göz yaşı və duaları sayəsində mümkündür. Ana sevgisi nəsildən-nəsilə ötürülən bir kompasdır; o, yalnız
ürəyimizi istiqamətləndirmir, həm də gələcəyimizi doğru yola yönəldir. Beləliklə,
fədakar analar yalnız ailənin deyil, bütöv cəmiyyətin sütunudur. Onların
əvəzsiz zəhməti qarşısında baş əymək - sadəcə övlad borcu deyil, həm də
insanlıq borcudur.
“Cənnət
anaların ayaqları altındadır.” Mənim anam isə həyatımın ən parlaq cənnətidir.
O, mənə öyrətdi ki, qəhrəmanlar yalnız nağıllarda olmur. O, qaranlıq dünyamdakı
işığımdır. Hər çətin anımda onun yanımda olduğunu hiss etmək,
baxışlarındakı sevgi və əllərinin istiliyi ilə qorunduğumu bilmək, mənim üçün
dünyanın ən böyük möcüzəsidir. Mənim anam yalnız övlad böyüdən qadın deyil; uğurumu
paylaşan, uğursuzluğumda isə əlimi möhkəm tutan əsl qəhrəmandır. Onun
sevgisi olmadan həyat mənasız, günlərim boş olardı. Mənim anam - həyatımın işığı, qürurum və ən böyük
möcüzəmdir. Mən hətta deyərdim ki, onun varlığında sehirli bir güc var. Onun
varlığı mənim üçün dünyadakı bütün sərvətlərdən daha qiymətlidir. Həyatımda
onun övladı olmaq mənim ən böyük xoşbəxtliyimdir. Ana… sənin varlığın mənim
üçün əbədi sığınacaq, sonsuz ümid və ən müqəddəs cənnətdir. Ad günün mübarək!
Ana sevgisinin möcüzəsi
Dünyada
elə bir sevgi var ki, onun bənzəri yoxdur. Sevginin ən yüksək, ən müqəddəs
mərtəbəsi -
ana sevgisidir.

Məryəm BAĞIROVA