İsrail hərbçiləri tərəfindən saxlanılan “Azadlıq Donanması”na aid gəmilərdə olan Türkiyənin üç millət vəkili yaxın saatlarda vətənə dönəcək.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, deputatlar oktyabrın 8-də Aşdod limanında gəmilərdən endirilib və daha sonra Tel-Əvivdəki Ben Qurion hava limanına aparılıblar.
Hazırda deputatların üçüncü bir ölkəyə deportasiya proseduru gözlənilir. Deportasiya ediləcəkləri məntəqə və istiqamət barədə rəsmi məlumat açıqlanmayıb.
Türkiyə XİN bildirib ki, saxlanılan millət vəkilləri ilə diplomatik əlaqə qurmaq cəhdləri davam edir.
News365.az