"İsrail İrana qarşı dayanmayacaq"- Ekspert

"İsrail İrana qarşı dayanmayacaq"- Ekspert
09:16
ABŞ-iran münaqişəsində vasitəçi kimi çıxış edən ölkəlrdən biri də Pakistandır. Artıq bu istiqamətdə rəsmi İslamabad müəyyən addımlar atıb.

Bəs, bu təşəbbüsün perspektivi nə qədər realdır?

Bu barədə danışan politoloq Fərhad Mehdiyev deyir ki, İslamabadda bəzi islam ölkələri toplanıb İran müharibəsinin dayandırılması yollarını müzakirə edirlər:
"Halbuki İran müharibəsinin dayanadırılması onların əlində deyil, heç deyil.
Şəxsən özüm quru hərəkatını gözləyirəm, çünki onun nəticəsi müharibənin talehini müəyyən qədər həll edəcəkdir.
Bununla belə bu müharibədən rahat çıxış olmayacaq. Və bu müharibənin sonunda nüvə silahından istifadə ehtimalı heç də az deyil.
Hətta əgər Amerikanı geniş xalq etirazları sarsa və ABŞ İrana əsgər çıxarmasa belə, İsrail dayanmayacaq. Ərəbləri İrana qarşı müharibəyə qaldıra bilməsə, İrana nüvə silahı atacaqdır.
Daha əvvəl göstərmişdim ki, ABŞ üçün olmasa da, lakin İran və daha çox İsrail üçün özünün başlatdığı bu müharibə ölüm-qalım müharibəsidir.
İran üçün bu müharibədən çıxış variantları daha çatımlı və daha mümkündür. Məsələn İran hətta uzunmüddətli atəşkəsə belə razı qala bilər, necə ki 12 günlük müharibədə də razı qalmağa məcbur olmuşdu. ABŞ və İran üçün bu "Nash equilibrium" olardı. Ümumiyyətlə İran ballistik və nüvə proqramına toxunulmadan istənilən digər şərtlərlə sülhə gedəcəkdir.
Lakin İsrailin yeganə çıxış yolu İranı tam dağıtmaqdan keçir. O yaxşı bilir ki, bu müharibədən sağ çıxmış İran öz nüvə silahını əldə edəcək və ondan sonra İsrailin bölgədəki hegemonluğu bitəcəkdir, yəni İrana hücum etmək və onu təsirsiz hala gətirmək mümkün olmayacaqdır.
İstənilən səbəbə görə ABŞ müharibədən çəkilsə, İsrailin İrana nüvə zərbəsi endirmə ehtimalı yüksək olaraq qalır. İsrail ancaq bu şərtlə atəşkəsə razılaşa bilər - İranın kapitulasiyaya getməklə bütün nüvə obyektlərini sökməsi və balistik raket proqramına son qoyması, habelə şiə rejiminin süqut etməsi şərtilə. Bəd xəbər kimi səslənsə belə, təəsüf ki realdır".
News365.az

Sizin reklam burada
Sizin reklam burada