Hər gün məhv etdiyim tarixi faktlar və məni yenidən yazmağa məcbur edən işıqlı insanlar

Hər gün məhv etdiyim tarixi faktlar və məni yenidən yazmağa məcbur edən işıqlı insanlar
09:03
Yoruldum, ciddi şəkildə bu xalqın əksər üzvlərinin hərəkətləri, insanlığın məhv edən Azərbaycanlıların əlindən çıxış yolu kimi nadir faktları hər gün "öldürürəm"
Xırdalanda evdən çıxıram və manatlıq taksidə otururam, görürəm arxada iki xanım əyləşib, biri dərhal gəlir ki, keç arxada otur, mən qabaqda oturum. Avtobus, metro. Boş yerlər qala qala gəlib başının üstündə dururlar və elə nifrət hissi ilə baxırlar ki, sən elə bil sən Ağdərili insanların içində qara dərili insansan.Deyirsən ki, orda yer var da. Deyir dur burda oturacam..deyirəm xanım, bəy, mənim 1993-dən ayağımda xatirə var. Ayaq üstə dura bilmirəm. Deyir neynəyim.
Dərhal yol boyu oxuyub yazdığın nadir sənədlərdən olan yazımı silir, onu zibiliyə atıram.
Liftə minirsən, xanım deyir "ərim icazə vermir liftə kişi ilə minəm". Dövlət qurumunin liftinə minə bilmirsən ki, bunun əri qısqanclıq keçirir.
Dərhal yol boyu oxuyub yazdığın nadir sənədlərdən olan yazımı silir, onu zibiliyə atıram.
Avtobus və manatlıq taksidə oturub telefonu qulağına qoyub tıxacın olduğu 1 saat ərzində hər gün məişət mövzular ilə ucadan danışan xanım və kişilərin işgəncə verən səsləri ilə yol boyu dözməyə məcbur olursan..
Dərhal yolda nadir kitabdan hazırladığım yazımı silir, onu zibiliyə atıram.
Deyirsən ki, daha sənədlərə, kitablara pul verməyəcəm, tərcüməçilərə, mütəxəssislərə zəng edib kömək istəyəndə pul verməyəcəm, özümə maşının ilkin ödənişin edib alacam, yenə Xocalı yada düşür və əlində ovcunda olan pulu ermənilər almasın deyə online auksiona verirsən
Girirsən marketə görürsən yaxınlaşır deyir ki, acam..ona 15-16 manatlıq bazarlıq edirsən, birdən yadına düşür ki, nəsə yaddan çıxıb, marketə qayıdırsan görürsən ki, acından öldüyünü deyən sən alan bazarlığı marketə qaytarıb pulunu alır. İçində daha insanlara olan hisslərin məhv edili.
Dərhal yolda nadir kitabdan hazırladığım yazımı silir, onu zibiliyə atıram.
Dünən dərsdən çıxmışam, bir nəfər yaxınlaşıb dərman almaq üçün pul istəyir. Çıxardıb 10 manat verirsən. Səndən aralanıb mənim xəyal etdiyim iPhone 15 pro max telefonu ilə tik toka girir.. Bu adamlara görə ehtiyacı olan insanlara da inanmırsan.
Dərhal yolda nadir kitabdan hazırladığım yazımı silir, onu zibiliyə atıram.
O gün getmişəm Gəncə hospitala, hamının tanıdığı məşhur diabet həkimin yanına, dostum zəng edib deyib, 70 manatı almamış qəbul etmir, bir köməkçisi var özünü elə aparır elə bil Prezidentin müşaviridir. Həkim gəlib, əlimdə olan hazır analizlər göz ucu baxıb, 240 manatlıq analiz tələb edir və dinləmir məni, qulaq asmır. Bunu ver sonra. Axı eyni analizi verdiyim sənəd var deyirəm, deyir yox, bu olsun. Çıxıram çölə, köməkçisi yaxınlaşır ki, həkim hər laboratoriyadan götürmür, biz dediyimiz yerə get. Oranı onun başına uçurmaqdan güclə özünü saxlayırsan, çünki dostunun adı var ortada..
Dərhal yolda nadir kitabdan hazırladığım yazımı silir, onu zibiliyə atıram.
Hər şey ətrafında qaralır, hər gün bəzi insanların əlindən bezirsən, dünyanı dağıtmaqdan özünü güclə güclə saxlayıram..
Bir tanınan həkim var. Qəbuluna 120 manat xəstəxana tələb edir, zəng etmişəm və telefonla mənimlə elə insan kimi danışır, deyir zəng edərsən axşam, edirəm, dinləyir, səndən pul tələb etmir və səni müalicə edir. Xahiş edirsən kartı ver, ödəniş edim. İstəmir. Güclə tapırsan onun kartını və 120 manatın yarısını ödəyirsən. Zəng edir ki, lazım deyil. Qaytarım. Çox sağ ol həkim, sən əsl İnsansan. Araz doktorum.
Bakı Sağlamlıq mərkəzində Zəbur doktor, Xalid doktor kimi adamları görürsən və başa düşürsən ki, yaşadığın qaranlıq dünyada bir İşıq məhz belə adamlardır.
Qayıdıb evə, yenidən dünya arxivlərindən Azərbaycanla bağlı faktları tapıb, alıb, yazıram.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada