Ağıllı kənd və şəhər konsepsiyası dünya gündəmində

Ağıllı kənd və şəhər konsepsiyası dünya gündəmində
11:26

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri beynəlxalq səviyyədə təqdim olunmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə keçirilən forumlar Azərbaycanın həyata keçirdiyi layihələrin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm platformadır.


Onun sözlərinə görə, belə tədbirlər işğaldan azad olunmuş ərazilərdə görülən işlərin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Deputat qeyd edib ki, forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir və ölkənin artıq qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir.

Samir Vəliyev əlavə edib ki, Azərbaycan son illərdə bir çox iri beynəlxalq tədbirlərə ev sahibliyi etməklə mühüm mərkəzlərdən birinə çevrilib. Onun sözlərinə görə, BMT-nin belə bir forumunun Bakıda təşkili də ölkənin sabit və etibarlı platforma kimi qəbul edilməsinin göstəricisidir.


Sizin reklam burada
Sizin reklam burada