"Azərbaycan türkləri söz verdisə, canı bahasına olsa da, o sözü yerinə yetirər" - Alman səyyah- FOTO

"Azərbaycan türkləri söz verdisə, canı bahasına olsa da, o sözü yerinə yetirər" - Alman səyyah- FOTO
09:23
Sizlərə maraqlı bir kitab təqdim edirəm. Müəllifi alman Marko Polosu kimi tanınan İohann Şiltberqerin yazdığı bu kitab onun 30 il Şərqdə yaşaması və gördükləri əsasında hazırlanıb. Kitabın tam adı “Bavariyalı İohann Şiltberqerin Avropa, Asiya və Afrikada əsarəti və səyahətləri, 1394-1427” və PDF forması
Qeyd edim ki, bu kitab Azərbaycan barədə qiymətli əsərlərdən sayılır, çünki müəllifi buranın müxtəlif şəhərlərində (Təbriz, Bakı, Şamaxı) olmuş və Qarabağın yaylaqlarında qalıb. Orta əsr Azərbaycanının coğrafiyası, etnik tərkibi və adət-ənənələri haqqında müəllif bir birindən dəyərli məlumatları kitabda toplayıb. Əsirlikdə olduğu müddətdə topladığı materialları 1428-ci ildə Bavariyaya qayıdıb kitab kimi çap edir.
Bu əraziləri qarış-qarış gəzən Şiltberqer kitabında Azərbaycan coğrafiyasının əhalisinin böyük hissəsini Türk (tatar, türkmən) adlandırır və əsas dil kimi də Türk dilini qeyd edir.
Coğrafiyada başqa xalqların da yaşamasını yazan müəllif təsdiq edir ki, Azərbaycanın hərbi gücü və idarəçiliyi tamamilə türklərin əlindədir.
Alman əsir bölgədəki müsəlman əhalinin danışdığı dili türk dili kimi qeyd edir və kitabına bu dildən nümunələr əlavə edir. Bu, o dövrdə Azərbaycan xalqının kimliyinin dil baxımından artıq tam formalaşdığını qeyd edir.
Şiltberqer Azərbaycan Bibliya rəvayətlərində istinad edilən əsas hadisələrin baş verdiyi coğrafiya olaraq yazır. O, Ağrı dağını və onun ətrafındakı bölgələri (o cümlədən Naxçıvan və Cənubi Azərbaycanın şimalını) bəşəriyyətin yenidən məskunlaşdığı qədim yerlər kimi təsvir edir. Müəllif kitabında xüsusi olaraq qeyd edir ki,
“Bu torpaqlar dünyanın ən qədim məskunlaşma mərkəzlərindən biridir”
Müəllif digər səhifədə yazır:
“Türklər at üstündə geriyə dönərək ox atma bacarığına görə qeyri adi hərbiçilərdir, onlar, Avropa cəngavərlərindən fərqli olaraq çox intizamlıdırlar”
O, türkləri dünyanın ən cəsur döyüşçüləri hesab edir.
O, Azərbaycandan Hindistana, Sibirdən Misirə qədər türk dilinin geniş yayıldığını yazır və bildirir ki, bir insan bu dili bildiyi təqdirdə bütün bu ərazilərdə sərbəst ünsiyyət qura bilər.
O, Azərbaycanın hüdudlarını çox geniş təsvir edir. Şimalda Dərbənddən cənubda Marağa və Təbrizə qədər olan ərazini vahid bir mərkəz kimi görür.
Şiltberqerin kitabında ən maraqlı məqam yerli insanların mənəviyyatıdır. O yazır ki, Azərbaycanlılar öz dinlərinə çox sadiqdirlə, lakin eyni zamanda xristian əsirlərə qarşı çox vaxt mərhəmətli davranırlar. O, əsir olmasına baxmayaraq, xəstələnəndə ona necə qulluq edildiyini və yemək paylaşıldığını minnətdarlıqla xatırlayır.
Şiltberqer yazır ki, bu torpaqlar həm Babək dövründə, həm də onun öz dövründə mərkəzi xilafətə və digər imperiyalara qarşı müxalif olaraq daima mübarizə aparmağı seçiblər. O, Azərbaycan türklərinin özünəməxsus dini-fəlsəfi dünyagörüşünü təsvir etməklə, xürrəmiliklə qızılbaşlığın eyni kökdən — yerli türk-sosial müqavimətindən yarandığını xüsusilə qeyd edir.
Şiltberqer üçün Armenia müstəqil bir dövlətdən ziyədə, daha çox coğrafi bir addır. O, bu ərazilərin demək olar ki, hamısının Osmanlı, Teymuri və ya digər türk dövlətlərinin tərkibində olduğunu aydın şəkildə ifadə edir. Azərbaycan barədə son qeydləri belədir:
“Azərbaycanda yaşayan türklər yüksək əxlaqi keyfiyyətləri olan insanlardır”
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada