Alimlərdən maraqlı nəticə: Avokado daxili piyləri azalda bilər
Cəmiyyət
09:41
Dərialtı piydən fərqli olaraq, visseral yağları nə əllə hiss etmək, nə də qısa müddətli məşqlərlə aradan qaldırmaq asandır. Bu yağ növü qarın boşluğunun dərin qatlarında toplanaraq daxili orqanları əhatə edir və sağlamlıq üçün ciddi risk yaradır. Mütəxəssislər visseral piyin xüsusilə diabet və ürək-damar xəstəlikləri ilə əlaqəli olduğunu bildirirlər.
News365.az xəbər verir ki, diyetoloq Vasilisa Panomaryova visseral yağların azalmasına kömək edən qidalardan birinin avokado olduğunu deyib.
Onun sözlərinə görə, avokado tərkibində yüksək miqdarda lif, kalium və fol turşusu daşıdığı üçün maddələr mübadiləsinə müsbət təsir göstərir. Diyetoloq qeyd edib ki, bu meyvəni həftədə bir neçə dəfə qida rasionuna əlavə etmək qarın nahiyəsində toplanan daxili piylərin azalmasına dəstək ola bilər.
Mövzu ilə bağlı aparılan araşdırmada 105 nəfər iştirak edib. Könüllülər iki qrupa ayrılıb: bir qrup hər gün avokadolu qidalar qəbul edib, digər qrup isə oxşar tərkibli alternativ məhsullarla qidalanıb.
12 həftə davam edən müşahidələrin nəticəsində avokado qəbul edən iştirakçılarda qarın nahiyəsindəki visseral yağ göstəricilərinin nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən olunub.