Ölkəmizə səfər edən xarici qonaqların həm Qarabağ və işğaldan azad olunmuş ərazilərə getmək, həm də Azərbaycanın sülh və sabitlik istiqamətində həyata keçirdiyi yeni gündəliklə yerində tanış olmaq imkanı var.
Politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib ki, bu imkan Azərbaycanın beynəlxalq informasiya mühitində mövqeyinin gücləndirilməsi və konstruktiv yanaşmasının təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

"Azərbaycana gələn qonaqların Qarabağ və işğaldan azad edilmiş ərazilərə səfər etməsi onlara regionda aparılan bərpa və quruculuq işlərini yaxından görmək imkanı yaradır. Eyni zamanda, qonaqlar Azərbaycanın sülh və sabitlik istiqamətində həyata keçirdiyi yeni siyasi gündəliklə də yerində tanış ola bilirlər.
Onun sözlərinə görə, bu proses Azərbaycanın beynəlxalq arenada informasiya şəffaflığını artırmaq və konstruktiv mövqeyini daha geniş auditoriyaya çatdırmaq baxımından vacib mərhələdir.
Aytən Qurbanova bildirib ki, bu imkanlardan istifadə edən xarici nümayəndələr ölkədə baş verən prosesləri birbaşa müşahidə edərək, müxtəlif manipulyativ məlumatlardan uzaq, real vəziyyətlə tanış ola bilirlər.
Politoloq əlavə edib ki, Azərbaycanın təqdim etdiyi yanaşma beynəlxalq hüquq prinsiplərinə əsaslanır və bu modelin bir çox dövlətlər üçün nümunə kimi qəbul olunması mümkündür."