Bu günün tibbi-meteoroloji hava proqnozu

Bu günün tibbi-meteoroloji hava proqnozu
09:08

Mayın 8-i üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Abşeron yarımadasında gün ərzində yağışlı hava şəraiti gözlənilir. Bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə gündə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə gündə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada