Moda nümayişində gözlənilməz hadisə - VİDEO

Moda nümayişində gözlənilməz hadisə - VİDEO
09:38

Avstraliyanın Sidney şəhərində keçirilən moda nümayişi zamanı maraqlı və gözlənilməz hadisə baş verib.

News365.az-ın xəbərinə görə, şou davam edərkən bir kişi qəfil podiuma çıxaraq, modellərlə birlikdə hərəkət edib və hətta pozalar da verib.

Hadisə qısamüddətli çaşqınlıq yaradıb, iştirakçılar bunun şounun bir hissəsi olub-olmadığını və ya təsadüfi müdaxilə olduğunu anlaya bilməyiblər.

Hadisə sosial mediada da yayılıb. İstifadəçilər vəziyyətə yumorla reaksiya veriblər.

Daha sonra həmin şəxs açıqlama verərək, heç bir şounu pozmaq niyyətində olmadığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada