ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS qruplaşmasının Qəzza münaqişəsinin dayandırılması istiqamətində razılığa gəldiyini elan edib.
News365.az xəbər verir ki, tərəflər Misirdə keçirilən danışıqların nəticəsi olaraq Trampın təşəbbüs göstərdiyi sülh planının birinci mərhələsini imzalayıblar.
Tramp “Truth Social” platformasında yazıb ki, bütün girovlar çox tezliklə azad ediləcək: "İsrail isə razılaşdırılmış xəttə qədər geri çəkiləcək. Bu, davamlı və əbədi sülhə doğru ilk addımdır.”
O, bu hadisəni “ərəb və müsəlman dünyası, İsrail və ABŞ üçün böyük gün” adlandırıb və vasitəçi kimi iştirak edən Qətər, Misir və Türkiyəyə təşəkkür edib.
AFP-nin məlumatına görə, HƏMAS ilk mərhələdə sağ qalan 20 israilli girovu azad edəcək. Qruplaşmanın nümayəndələri müharibənin dayandırılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini bildiriblər və Trampı İsraili “bütün öhdəliklərini yerinə yetirməyə məcbur etməyə” çağırıblar.
İsrail tərəfi razılaşma çərçivəsində hərbi qüvvələri razılaşdırılmış xəttə qədər geri çəkəcək və Qəzzaya humanitar yardımın girişinə icazə verəcək. BBC-nin yazdığına görə, ilkin mərhələdə gündə 400 humanitar yardım maşınının Qəzzaya daxil olmasına icazə veriləcək.
“Allahın köməyi ilə bütün vətəndaşlarımızı evə qaytaracağıq", - İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamasında deyilir
Məlumata görə, ABŞ Dövlət katibi Marko Rübio Trampa danışıqların yekunlaşmaq üzrə olduğu barədə yazılı qeyd çatdırıb. Danışıqlarda Trampın kürəkəni Cared Kuşner və xüsusi elçisi Stiv Uitkoff da iştirak edib.
Tramp “Fox News”a açıqlamasında deyib ki, girovların sərbəst buraxılması 13 oktyabrda baş verəcək: