ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə İsrail və Həmas arasında əldə olunan atəşkəs razılaşması hələ qüvvəyə minmədən İsrail Qəzzəyə hücum edib. Hücumlar nəticəsində Şati Qaçqın Düşərgəsində bir ev dağılıb, şəhərin şimal bölgəsində isə on nəfər həyatını itirib.
News365.az xəbər verir ki, İsrailin döyüş təyyarələri Qəzzə şəhərinin qərb bölgələrini hədəfləyib. Şəhərin cənubundakı Sabra məhəlləsində evlərin yaxınlığında partlayıcı yüklü zirehli avtomobil də vurulub. Qəzza Mülki Müdafiə rəsmiləri bildirib ki, xüsusilə şəhərin şimalında hava hücumları intensiv olub.
Həmas hücumdan əvvəl ABŞ Prezidentinə çağırış edərək İsrailin razılaşmaya əməl etməsini tələb edib. Fələstin silahlı qrupu vasitəçilərlə müharibənin sona çatması, İsrail əsgərlərinin geri çəkilməsi, əsirlərin azad edilməsi və yardımların bölgəyə çatdırılması üzrə razılaşma əldə etdiklərini açıqlayıb.
Həmas razılaşmanın əldə edilməsində Qətər, Misir, Türkiyə və ABŞ-a təşəkkürünü bildirib. Açıqlamada vurğulanıb ki, “Prezident Tramp və razılaşmanı təmin edən dövlətlərdən işğalçı hökuməti razılaşmanı tam şəkildə icra etməyə məcbur etmələrini tələb edirik.”
News365.az