Futbol üzrə dünya çempionatının İspaniya və Argentina milli komandaları arasında keçirilən final oyunu planlaşdırılandan 6 dəqiqə gec başlayıb.
News365.az xəbər verir ki, görüş ABŞ-ın Nyu-Cersi ştatının İst-Ratford şəhərində yerləşən "MetLife" stadionunda keçirilir.
Matçın Bakı vaxtı ilə 23:00-da başlaması nəzərdə tutulmuşdu. Lakin start fiti 22:06-da səslənib. Qarşılaşmadan əvvəl geniş açılış mərasimi təşkil olunub.
Argentina millisi dünya çempionatını üç dəfə qazanıb və turnirin hazırkı qalibidir. İspaniya yığması isə bu titula 2010-cu ildə sahib olub.