İsmayıllıda kanalda batan gəncin meyiti tapılıb - YENİLƏNİB

İsmayıllıda kanalda batan gəncin meyiti tapılıb - YENİLƏNİB
18:40

Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.

FHN-dən News365.az-a verilən  məlumata görə, onun meyiti batdığı ərazidən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

18:00

İsmayıllıda gənc oğlan su kanalında batıb.

News365.az xəbər verir ki, hadisə Qubaxəlilli kəndində qeydə alınıb.

Kənd sakini 23 yaşlı Rəvan Məhərrəmov su kanalında batıb.

Hazırda axtarışlar davam edir.


Sizin reklam burada
Sizin reklam burada