İşdən çıxarılan Kelloqa yeni vəzifə verildi

İşdən çıxarılan Kelloqa yeni vəzifə verildi
15 Mar 2025 23:58

ABŞ Prezidenti Donald Tramp general Keyt Kelloqu Ukrayna üzrə xüsusi nümayəndə təyin edib.


News365.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.


Tramp deyib ki, Kelloq birbaşa Ukrayna Prezidenti Vladimir Zelenski və bu ölkənin rəhbərliyi ilə işləyəcək:


"General Keyt Kelloqun Ukraynaya xüsusi elçi təyin edildiyini sizə xəbər verməkdən məmnunam. Çox hörmətli hərbi ekspert olan general Kelloq birbaşa prezident Zelenski və Ukrayna rəhbərliyi ilə işləyəcək. O, onları yaxşı tanıyır və onların çox yaxşı işgüzar münasibətləri var".


Qeyd edək ki, daha öncə yayılan məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp Moskvanın xahişi ilə Keyt Kelloqu Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsindən uzaqlaşdırıb.



Sizin reklam burada
Sizin reklam burada