İrəvan meriyası aksiyalara qoşulan 40 sürücünü işdən qovub

İrəvan meriyası aksiyalara qoşulan 40 sürücünü işdən qovub
03 Dek 2024 16:09

İrəvan meriyası bugünki tətildə iştirak edən 40 avtobus sürücüsünü işdən çıxarıb. Bu barədə Sputnik Ermənistan-ın müxbirinə tətil edən sürücülərlə birlikdə aksiya keçirən parlamentin "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyan məlumat verib.

Qeyd edilib ki, hakim fraksiyadan olan Ağsaqqallar Şurasının üzvləri Mikael Xaçatryan, Diana Kerobyan və Kristin Vardanyan hazırda sürücülərlə müzakirələr aparır: "Görünür, onları aksiyanı dayandırıb işə qayıtmağa razı salmağa çalışırlar".

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda avtobus sürücüləri tətil elan ediblər.  “İrəvan avtobusu” QSC-nin sürücüləri bu gün işə çıxmaqdan imtina etdikləri üçün paytaxtda nəqliyyat böhranı yaşanıb.  İlkin məlumata görə, sürücülər iş şərtlərinin və maaşlarının nəzərdən keçirilməsini tələb edirlər. 

Tural


Youtube kanalımız