ABŞ-dən Gürcüstana çağırış - güc tətbiqini pisləyirik

ABŞ-dən Gürcüstana çağırış - güc tətbiqini pisləyirik
10:15

Biz polisin nümayişçilərə qarşı həddindən artıq güc tətbiqini pisləyirik, həbslər və jurnalistlərə hücumlar barədə xəbərlərdən narahatıq”

News365.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel  Gürcüstandakı hadisələrə münasibət bildirərkən deyib. 

“Biz gürcü polisinin dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından, o cümlədən dinc etiraz etmək imkanından istifadəyə cəhd edən nümayişçilərə qarşı həddindən artıq güc tətbiqini pisləyirik. Birləşmiş Ştatlar jurnalistlərə qarşı həbslər və hücumlar barədə xəbərlərdən dərin narahatdır, çünki biz azad mətbuatın demokratik sistemin təməl daşı olduğuna inanırıq. Biz bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırışımızı təkrar edirik və Gürcüstan hökumətini qanunun aliliyini, insan hüquqlarını və əsas azadlıqlarını ciddi şəkildə müdafiə etməyə çağırırıq.

Mən ABŞ-ın edə biləcəyi və ya etməyəcəyi hər hansı bir hərəkəti əvvəlcədən müzakirə və ya spekulyasiya etmək niyyətində deyiləm. Deyə biləcəyim odur ki, biz hazırda Gürcüstan hökuməti ilə münasibətlərimizə diqqət yetirmişik və qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət baxımından onların üzərinə düşən böyük məsuliyyəti vurğulayırıq ki, bu da yenə də əsas olaraq qalır”, - Patel bildirib.


Youtube kanalımız