Cənubi Koreyada hərbi vəziyyətin tətbiqindən sonra ölkə vətəndaşları kütləvi şəkildə konservləşdirilmiş qida məhsulları almağa və Telegram-ı yükləməyə başlayıblar.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 3-ü axşam saatlarında Cənubi Koreya mağazalarında bir həftə ərzində konservlərin satışı 337,3% artıb.
Hazır əriştə satışı 253,8%, qablaşdırılmış su 141%, bişmiş düyü 128,6%, akkumulyator və dərman satışı 40% artıb.
Telegram istifadəçilərinin sayında da artım olub. İnsanlar ani messencerlərin işində yaranan fasilələrdən narahat olublar və buna görə də hərbi vəziyyət şəraitində qohumları və dostları ilə əlaqə saxlamaq üçün serverləri xaricdə yerləşən Telegram-ı yükləməyə başlayıblar.
Xatırladaq ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-Yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunması” zərurəti ilə izah edib. Jurnalistlər isə dövlət başçısının məlum hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.
Tural