"Sosial şəbəkələrə çıxış qadağası heç nəyi həll etməyəcək" - Ceyhun Məmmədov

"Sosial şəbəkələrə çıxış qadağası heç nəyi həll etməyəcək" - Ceyhun Məmmədov
09:54

Son zamanlar dünyanın bir sıra ölkələrində yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan ediiib. Sonuncu dəfə isə Türkiyə belə bir addım atıb.  Beləki, Türkiyədə 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır.

Bəs, bu cür qadağalar Azərbaycanda da tətbiq oluna bilərmi? Belə addımlar nə qədər effektiv ola bilər?

Mövzu ilə bağlı Millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrəndik. News365.az –a açıqlamasında o bildirdi ki, bu kimi məsələlərdə qadağa çıxış yolu deyil:

“Qadağan etməklə nəyəsə nail ola bilməyəcəyik. Çünki, insanlara nəyisə qadağan edəndə, həmin insanlar alternativlər axtarırlar. Və alternativlərdən də öz istəklərinə nail olmaq üçün istifadə edirlər. Nəticədə də biz hədəfimizə çata bilmirik. Son dönəmlərdə Azərbaycan reallığında görmüşük ki, məhdudiyyətlər olanda insanlar başqa yollarla öz məqsədlərinə nail olmağa çalışırlar. Hesab edirəm ki, biz insanlara sosial şəbəkələrdən daha səməri istifadə yollarını öyrətməliyik. Yəni biz fəaliyyətimizi insanların mariflənməsi istiqamətində qurmalıyıq. Digər inzibati yollarsa effektivsiz olacaq.  Ona görə də bu sahədə marifləndəirmə gücləndirilməlidir və insanlara aşılanmalıdır ki, onlar sosial şəbəkədən necə faydalanmalıdırlar. Belə olarsa daha böyük ictimai fayda əldə edə bilərirk. Amma inzibati yolla çox qabağa getmək olmaz”.

News365.az


Youtube kanalımız