"Paşinyanın silahlar alması ilə bağlı bağladığı müqavilələrinin həcmi artıb"- Politoloq

"Paşinyanın silahlar alması ilə bağlı bağladığı müqavilələrinin həcmi artıb"- Politoloq
11:30

"Paşinyan erməni cəmiyyətinə bildirir ki, Sovetlər birliyi dağılan vaxtı Ermənistanın təxminən üç milyon olan əhalisi ciddi şəkildə azalıb."

Politoloq Oqtay Qasımov bunu News365.az-a danışıb. 

Ermənistanda miqrasiya baş verir. Əhali ölkəni tərk edib və ölkə boşalıb. Bunun da səbəbləri Ermənistanın regional siyasəti və qonşularla olan münaqişəli vəziyyəti ilə bağlıdır. Bunlar doğru yanaşmalardır. 

Politoloq Paşinyanın sülhdən danışsa da silahlar almasından da söz açıb:

"Ermənistanın müdafiyə naziri Amerika Birləşmiş Ştatlarına səfərə gedir, Ermənistan Azərbaycanla şərti sərhədlərdə delimitasiya, demarkasiya prosesini aparmaq əvəzinə hərbi hissələrini yenidən inşa edir. Tunellər, müdafiyə və hücum xarakterli qurğular qurmaqdadır. Bu sülhpərvər Paşinyan son bir ildə xüsusilə demək olar ki, hər gün müntəzəm olaraq sülhdən danışır, eyni zamanda müxtəlif ölkələrlə Hindistanla, Fransa ilə, Yunanıstanla və digər ölkələrlə bağladığı silah və hərbi texnikanın alınması ilə bağlı müqavilələrin həcmi artıb."

News365.az


Youtube kanalımız