"Rusiya ilə qərb dünyası Ukraynaya görə üz-üzə gəlməz - Politoloqdan şərh

"Rusiya ilə qərb dünyası Ukraynaya görə üz-üzə gəlməz - Politoloqdan şərh
11:10

Trampın planı Ukraynada sülhə təkan olacaq?

Bununla bağlı politoloq Zeynal Əmrəliyev News365.az-a danışıb. 

Onun sözlərinə görə, Ukrayna Rusiya qoşunlarının öz ərazilərindən çıxarılmasını istəyir:

“Ukraynanın istədiyi Amerika Birləşmiş Ştatlarından silah və maddi dəstək və Rusiya qoşunlarının məğlub edilərək öz ərazilərindən çıxarılmasıdır. Bu reallıqlara uyan məsələ deyil. Rusiya ilə qərb dünyası Ukraynaya görə üz-üzə gəlməz. Bu açıq-aydın məsələdir. Ukrayna rəhbərliyi bilməli və öz addımlarını məhz bu istiqamətdə atmalı idi. Rusiyanın da istədiyi Amerika Birləşmiş Ştatlarının Ukrayna məsələsində sakit qalması və Zelenski hökümətinin tamamilə kaputulyasiyaya oturulmasıdır. Eyni zamanda Rusiya tutduğu ərazilərlə bağlı ümumilikdə danışıqlar aparmaq niyyətində deyil.”- deyə politoloq bildirib.

News365.az


Youtube kanalımız