Bil Qeytsin Hindistanı "sınaq laboratoriyası" adlandırması narazılıqlara səbəb oldu

Bil Qeytsin Hindistanı "sınaq laboratoriyası" adlandırması narazılıqlara səbəb oldu
09:00

Məşhur amerikalı milyarder Bil Qeyts Hindistanı “sınaq laboratoriyası” adlandırdığına görə sərt şəkilds tənqid olunur. Bu barədə The Times of India yazıb.

Məqalədə milyarderin Hindistanın qlobal inkişafdakı potensialı ilə bağlı sözləri ölkəni sınaq meydanı kimi təqdim etmək cəhdi kimi şərh edilib.

Xatırladaq ki, Bil Qeyts Rid Hoffman ilə podkastda bunu deyib: "Bu, bir növ Hindistanda bəzi məsələlərin aktuallığını sübut etdikdən sonra başqa yerlərdə istifadə oluna biləcək şeyləri sınamaq üçün laboratoriyadır".

İş adamı əlavə edib ki, məhz buna görə də onun ABŞ-dan kənarda ən böyük ofisi Hindistandadır.

 Nəşrin məlumatına görə, bu sözlərdən sonra Qeyts öz xalqlarına hörmətsizlikdə ittiham edən hindistanlı sosial şəbəkə istifadəçilərdən qəzəbli şərhlər və şikayətlər alıb.

Tural


Youtube kanalımız