Ukrayna müharibəsində maraqlı hadisə baş verib. Rusiya mediasının yaydığı məlumata görə, əsgərlərdən biri velosipedlə hücuma keçib. Görüntüləri “Shot Telegram” kanalı yayıb.
Qeyd edilir ki, velosiped sürən bir rus əsgərinin xüsusi əməliyyat zonasında (SVO-rusların Ukrayna müharibəsinə verdikləri ad.) minalanmış sahədən hərbi texnika ilə hücuma keçməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Nəşrin məlumatına görə, hücum briqadasının əsgəri mina sahəsinin xəritəsini yaxşı bilirmiş. Ona görə də o, zirehli piyada maşınının (BMP) qabağında getməyə qərar verib: "Bu üsulla o, həmkarlarını təhlükəsiz yolla apara bilib".
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural