" Gürcüstandakı soydaşlarımızı diqqətdən kənarda qoymamalıyıq"- ÇAĞIRIŞ

" Gürcüstandakı soydaşlarımızı diqqətdən kənarda qoymamalıyıq"- ÇAĞIRIŞ
09:18

Müstəqillik əldə edəndən sonra Gürcüstan vaxtaşırı çalxalanır. Əvvəlcə vətəndaş müharibəsi(91-93 cü illər) bu ölkəni xarabazara çevirdi. Sonra məşhur "Qızılgül inqilabı" baş tutdu. Pis-yaxşı ölkə özünə gəlməyə başladı. Hətta dünyanın o vaxtkı ağası Buş xəritədə nöqtə boyda olan bu kiçik ölkəyə səfər etdi. Sonra dinc yolla hakimiyyət dəyişikliyi oldu. Cəmiyyətdəki gərginlik azalmadı ki azalmadı”.

 News365.az xəbər verir ki, bu sözləri tanınmış pediatr, əslən Borçalıdan olan Vaqif Qarayev deyib. O əlavə edib ki, bu günkü qarışıqlığın səbəbi rus faktorudur:

“Bizim nə deməyimizdən asılı olmayaraq gürcülər Rusiyanı iqnor edib, həmişə. Sovet dövründə də belə idi... Sevmirlər, vəssalam! Və haqlıdırlar! Amma rus  da bu ölkədən əl çəkmir...çəkməyəcək də!

Son günlərin aksiyalarında meydana tamam yeni nəsil axışır. Gənclər söz sahibi olublar. Yaxşıdı, ya pis gürcülərin özləri daha yaxşı bilər. Və nəhayət, bizim toplum da daim gürcülərə ağıl verir. Gürcü blogerlərini və siyasətçilərini izləyəndə məlum olur ki, onların bizim məsləhətə ehtiyacı yoxdur. Hər halda qonşunun evi "yanmasa" yaxşıdı bizim üçün. .Həm ordakı soydaşlarımızı diqqətdən kənarda qoymamalıyıq! Başqa heç nə…Dua edək ki, qonşumuzda tezliklə əmin-amanlıqq bərpa olunsun”.

News365.az


Youtube kanalımız