Tel-Rifat terrorçulardan təmizləndi, indi növbə Menbiçindir.
Newse65.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı deyib.
Baxçalı Bəşər Əsədlə Türkiyə arasında heç bir şərt qoyulmadan dialoqun tez başlamasının vacibliyini qeyd edib:
“Əsəd Türkiyənin uzadılmış əlini dəstəkləmədi. Lakin fikrimizcə, hələ də gec deyil. Əsədin Türkiyə ilə heç bir şərt qoymadan dialoq aparması ilk növbədə onun, həm də ölkəsinin xeyrinə olacaq. Biz səmimi qəlbdən ümid edirik ki, Suriyada sabitlik tezliklə bərqərar olacaq. Çox gec olmadan Əsəd administrasiyası başa düşməlidir ki, indiki vəziyyətdə onun sağ qalması çətin olacaq. Biz İraq və Suriya coğrafiyasını Türkiyənin coğrafiyasını bilirik. Hələbdə Rusiya və İranın dəstəklədiyi rejim qüvvələrinin törətdiyi qətliamı da unutmamışıq”.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” Hələb və İdlib şəhərlərini və onlarla kəndi ələ keçirib.
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu isə Tel-Rıfatı PKK terrorçularından təmizləyib.