Almaniya hakimiyyəti faşistlərin Zaksenhauzen həbs düşərgəsinin keçmiş mühafizəçisi, 100 yaşlı Qreqor Formaneki cinayət məsuliyyətinə cəlb etmək istəyir. Bu barədə Juedische Allgemeine qəzeti yazıb.
Formanek 1943-cü ilin iyulundan 1945-ci ilin fevralına qədər Zaksenhauzendə xidmət edib. Birinci instansiya məhkəməsi ona qarşı iş açmaqdan imtina edib. Lakin Frankfurt Ali Regional Məhkəməsi bu qərarı ləğv etdi və Formanekin sağlamlıq vəziyyətinin onun mühakimə olunmasına imkan verib-verməməsi ilə bağlı qərarın verilməsini tələb edib.
Frankfurt Baş Prokuroru Torsten Kunze qeyd edib ki, Formanekin məhkəməsi tarixi əhəmiyyət kəsb edə bilər, çünki bu, çox güman ki, bu cür son məhkəmə olacaq.
Xatırladaq ki, bundan əvvəl Almaniyada həbs düşərgəsinin 101 yaşlı keçmiş mühafizəçisi 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Tural