Berbok: "Alman qoşunları Ukraynaya gedə bilər"

Berbok: "Alman qoşunları Ukraynaya gedə bilər"
11:46

"Atəşkəs olacağı təqdirdə sülhü təmin etmək üçün Ukraynaya alman qoşunları göndərilə bilər".

Die Welt-in yaydığı məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə gələn Avropa komissarı ilə görüşündə diqqət çəkən açıqlama vermişdi. O, demişdi ki, Ukraynadakı münaqişə zonasında xarici silahlı qüvvələr məsələsini qaldıracağı təqdirdə ölkə müttəfiqlərinin yarısını itirəcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural 

Youtube kanalımız