“Azərbaycanın bir çox dövrlərdə məktəbəqədər təhsillə əhatə olunması 10 faiz civarında olub. Hazırda hədəfimiz bu rəqəmi 50 faizə çatdırmaqdır. Bu, çox böyük göstəricidir”.
News365.az xəbər verir ki, bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II Beynəlxalq Konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, nazirliyin ən böyük islahatlarından biri 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsidir:
“Hazırda 80-90 faiz civarında uşaq ən azı 1 il məktəbəhazırlıq qruplarına cəlb olunur. Məktəbəhazırlıq üçün göstərdiyimiz səylər mütləq 20-25 ildən sonra özünü göstərəcək. Bizim baxış bucağımız bundan ibarətdir ki, heç olmasa bir il hər uşaq məktəbəhazırlıq qruplarına getsin. Hazırda hər 10 uşaqdan 9-u məktəbəhazırlıq qruplarına cəlb olunub”.