Qayığını yuyacaqdı, timsaha yem oldu

Qayığını yuyacaqdı, timsaha yem oldu
09:33

Malayziyada timsah sahildə qayığını yuyan Sabah qubernatorluğunun sakinini çaya sürükləyib.  Bu barədə The Star məlumat yayıb.

Qeyd edilib ki faciəvi hadisə dekabrın 1-də Kinabatanqan qraflığının bir kəndində baş verib.  "Kişinin oğlu xilasedicilərlə əlaqə saxlayıb.  Axtarış qrupu yalnız bir gün sonra hadisə yerinə çata bilib",-nəşr yazıb.

Məqalə müəllifi qeyd edib ki, Kinabatanqanda insanlar tez-tez timsahlarla qarşılaşırlar.  Fakt budur ki, məskunlaşma əraziləri timsahların yaşayış yerlərinin yaxınlığında yerləşir.

Tural


Youtube kanalımız