Cənubi Koreyada baş verənlər ABŞ-də narahatlıq yaradıb

Cənubi Koreyada baş verənlər ABŞ-də narahatlıq yaradıb
11:36

Birləşmiş Ştatlar Cənubi Koreyadakı vəziyyətin dinc və konstitusion yolla həllini dəstəkləyir. Bu barədə Amerikanın Cənubi Koreyadakı səfiri Filip Qoldberq Yonhap xəbər agentliyinə bildirib.

O qeyd edib ki, ABŞ çərşənbə gecəsi Cənubi Koreyada baş verən hadisələrdən təəccüblənib və narahat olub. Səfir əlavə edib ki, ABŞ ilk növbədə demokratiyanı və Koreya xalqını dəstəkləyir.

Xatırladaq ki, ötən gecə Cənubi Koreya prezidenti Yoon Seok-Yeol ölkədə hərbi vəziyyət tətbiq olunduğunu elan edib. Amma bir neçə saat sonra parlamentdə hərbi vəziyyətin ləğvi üçün səsvermə olub. Daha sonra Yoon Seok Yeol qərarını ləğv edəcəyinə söz verib və nəticədə nazirlər kabineti bu addımı dəstəkləyib. Bütün bu proseslər 6 saatdan az müddətdə baş verib.

Tural

Youtube kanalımız